Heydər Camal: “ATƏT DTİHB seçkilərə təsir göstərə bilmədiyi üçün müşahidəçilərini göndərməyib”
“Seçkilər” Media Mərkəzi - “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycandakı seçkilərin nəticələrinə təsir göstərə bilmədiyi üçün öz müşahidəçilərini göndərməyib”. Bunu Seçki-2015.az saytına açıqlamasında Rusiya İslam Komitəsinin sədri Heydər Camal deyib.
İctimai xadim Qərbin Azərbaycana qarşı təzyiqlərinin davam edəcəyinə əminliyini bildirib: “Onları dayandırmaq və ya aradan qaldırmaq mümkün deyil. Buna sadəcə olaraq, fikir verməmək lazımdır”, - deyə o qeyd edib.
Bununla yanaşı, ekspert bildirib ki, Qərb dairələri imkan düşdüyü təqdirdə Azərbaycanda sabitliyi pozmaq istəyir, lakin bu cəhdlər uğursuz olacaq.
H. Camalın fikrincə, Azərbaycanda parlament seçkilərində hakim partiyanın qalib gəlmək ehtimalı daha çoxdur.
Azərbaycan-Rusiya əlaqələrinin inkişafından danışan H. Camal bunun müəyyən dərəcədə Rusiya Federasiyasında baş verəcək hadisələrin gedişatından asılı olacağını vurğulayıb.
Seçki-2015.az